Azərbaycan mediasında millətçi, Turançı ideyanın daşıyıcısı olan ilk qəzetin - "Türküstan"ın fəaliyyətə başlamasından 15 il ötür.
Yarandığı ilk gündən Türk dünyasının gərək duyduğu birliyin - Türküstanın carçısı olan qəzet Azərbaycanla Türk dünyası arasında əlaqələrin qurulmasında böyük işlərə imza atıb.
Azərbaycan mediasında öz yeri və çəkisi olan mətbu orqan qarşılaşdığı çətinliklərə baxmayaraq, nüfuzunu qoruya bilib, fəaliyyətini davam etdirib.
Azərbaycan Yüksəliş Partiyası fəaliyyətə başlamasının 15 illiyi münasibətilə "Türküstan" Media Qrupunun rəhbəri Aqil Camalı və qəzetin kollektivini təbrik edir, uzun ömürlü, oxunaqlı olmasını diləyir, seçdiyi hədəfə çatmağı, gerçək Turanda yaşamağı, fəaliyyət göstərməyi arzulayır.