Türkiyənin tanınmış araşdırmaçı jurnalisti, görkəmli aydınlarından biri Uğur Mumcunun qətlə yetirildiyi gündür.
Uğur Mumcu 1993-cü il yanvarın 24-də Ankarada avtomobilinin partladılması nəticəsində həlak olub.
1942-ci ildə anadan olan Uğur Mumcu uzun illər “Cümhuriyyət” qəzetinin köşə yazarı olub, onlarla kitabın müəllifidir.
Cəmiyyətdəki problemləri, ölkənin daxili və xarici siyasətindəki qüsurları qorxmadan, çəkinmədən dilə gətirən, araşdıran jurnalist şüurlu həyatını cahilliklə mübarizəyə həsr edib. Bu səbəbdən də müxtəlif dairələrin qəzəbinə tuş gəlib, hər zaman təhdidlər, məhdudiyyətlərlə üzləşib.
“Bir insana qarşı törədilən cinayət, bütün cəmiyyətə qarşı işlənən cinayətdir. Susanlar da bu bəşəri cinayətə ortaq olmuş olur", - deyən Uğur Mumcu bütün çətinliklərə baxmayaraq, mücadiləsindən heç vaxt vaz keçməyib.
Azərbaycan Yüksəliş Partiyası cəsur jurnalisti anım günündə ehtiramla yad edir.