Hörmətli Prezident!
Sizi və Azadlıqsevər Ukrayna xalqını dövlət bayramı - Müstəqillik günü münasibətilə təbrik edirəm.
1991-ci il avqustun 24-də Ukrayna Ali Radası xalqın iradəsini əks etdirən Müstəqillik deklarasiyasını qəbul etməklə Ukrayna azadlığına qovuşdu. Eyni ildə Azərbaycanın da öz müstəqilliyini bərpa etməsi ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrini dövlətlərarası münasibətə çevirdi. Ötən 30 il ərzində çətin və sevincli məqamlarda nəinki dövlət olaraq, Ukrayna və Azərbaycan qarşılıqlı səylərini əsirgəməyib, xalqlarımız də hər an bir-birinin yanında olub.
27 il ərazisinin 20 faizi işğalda qalan Azərbaycan Krımın Rusiya tərəfindən ilhaqını və Donbasın separatçıların nəzarətinə keçməsini dövət səviyyəsində, xalq olaraq və siyasi partiyaların bəyanatları ilə pisləyir. Azərbaycan Krım və Donbası Ukrayna ərazisi kimi qəbul edir.
Bir daha Müstəqillik günü və Xreşatik meydanında NATO təyyarələrinin də müşayəti ilə keçiriləcək izdihamlı müstəqillik paradı münasibətilə Sizi və bütün Ukrayna xalqını təbrik edirik. Bu paradın Ukraynanın Zəfər paradına çevrilməsini arzulayırıq.
Yaşasın Ukrayna-Azərbaycan dostluğu! Yaşasın azad və bütöv Ukrayna!
Hörmətlə, Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı