Bu gün işğala və təcavüzə məruz qalan dostumuz Ukrayna, onun əzmkar xalqı tarixin ən böyük imtahanından keçir.
Bütün varlığımızla Ukrayna xalqının yanındayıq. Çünki bütün postsovet məkanının taleyi, demokratiyanın müqəddaratı həll olunur.
Nə qədər ağır olsa da, bir müsbət nüansı qeyd etməliyəm ki, Rusiyanın təcavüz, işğal hərəkətləri Ukraynada millətçiliyi yeni mərhələyə daşıdı. Ukraynanın qərbi və şərqi arasındakı ideoloji fərq ortadan qalxdı. Rusiyanın imperializm siyasətinə qarşı birləşən bütöv bir Ukrayna xalqını görürük.
Bu savaşın uduzan tərəfi isə Rusiya olacaq. Rusiyanın Putinlə heç bir gələcəyi yoxdur. Güclü Putin - Zəif Rusiya deməkdir.
Biz bu savaşda QANA susamış təcavüzkar Putinin deyil, Ukrayna xalqının yanındayıq. Bütün vətəndaşlarımıza müraciət edirəm ki, Ukraynaya mənəvi dəstəyimizi ifadə etmək məqsədilə sosial seqmentləri Ukrayna bayraqları ilə bəzəyək. Savaşda ən böyük dəstək psixoloji-mənəvi dəstəkdir.
P.S: Hər kəsi Ukrayna Prezidentinin müraciət videosuna diqqətlə baxmağa dəvət edirəm.