Azərbaycan milli musiqi məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor, bəstəkar Ramiz Mirişlinin anım günüdür.
Ramiz Aqil oğlu Mirişli 16 aprel 1934-cü il tarixində anadan olub, ilk musiqi təhsilini Asəf Zeynallı adına məktəbdə aldıqdan sonra, 1956-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq, bəstəkarlıq ixtisasına yiyələnib.
Müxtəlif janrlarda peşəkar əsərlər yaradan bəstəkar daha çox mahnıları ilə sevilib. İnsan ruhunu oxşayan bu mahnılar illərlə populyar sənətkarların ifasında səslənib, bu gün də sevilərək dinlənilir.
Azərbaycan musiqi sənətində özünəməxsus üslubu ilə seçilən bəstəkar Ramiz Mirişli 17 aprel 2015-ci il tarixində dünyasını dəyişib.
Azərbaycan Yüksəliş Partiyası görkəmli bəstəkar Ramiz Mirişlini dərin hörmətlə yad edir.