Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri Arəstə Baxışovanın doğum günüdür.
1989-cu il mayın 4-də hərbçi ailəsində dünyaya gələn Arəstə Kərim qızı Baxışova dörd yaşında ikən atasını itirib, orta və ali təhsilini Bakıda alıb.
O, 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statisti, 2019-cu il iyulun 12-dən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator işləyib.
Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib, həmin il oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
İki azyaşlı övladı yadigar qalan Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Yüksəliş Partiyası şəhidimizin əziz xatirəsini sayğı ilə yad edir.