Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli və Başqanlıq Heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə şəhid İsmayıl Qəsəbovun ailəsinə baş çəkib.
Partiya təmsilçilərinin Şuşa uğrunda döyüşlərdə həlak olan şəhidimizin ailəsi, övladları Mərd və Uğurla keçirdiyi gözəl vaxt əsl bayram ab-havası yaradıb.
Bu bayram ən çox onların haqqıdır! Biz bu gün bu torpaqlarda şadlıq edə biliriksə, bu, sizin atalarınızın sayəsindədir.
Qəhrəmanımızın timsalında bütün şəhidlərimizin xatirəsini ehtiram və minnətdarlıqla yad edirik. Ruhunuz şad olsun!