Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin müəllifi olduğu "Vicdanın labüd etdiyi savaş" kitabının imza günü keçirilib.
Bakı İdman Sarayında keçirilən Yeni İl Milli Kitab Sərgisi çərçivəsində baş tutan tədbir zamanı Anar Əsədli şəhid ailələrinin üzvləri, ölkənin ictimai-siyasi şəxsləri, tanınmış şair-yazıçıları, mədəniyyət xadimləri, müxtəlif təbəqədən olan oxucularla görüşüb, söhbət edib.
Müəlliflə görüş zamanı maraqlı anlar yaşanıb və xatirə şəkilləri çəkilib.