Bu gün Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəmə prosesi keçirilib.
Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin iştirak etdiyi bugünkü prosesdə daha bir sifarişli məhkəmə şousu nümayiş etdirilib.
AY Partiya Başqanı VİP sədrinin həbsi və ittiham olunduğu maddələr üzrə ən son cəzanın seçilməsini siyasi sifariş kimi qiymətləndirir.
Ölkənin indiki həsas durumunda siyasi qüvvələr arasında tarazlığın pozulması təqdirolunası hal deyil.
Düşündüyü ehtimalları səsləndirdiyinə görə bir partiya sədrinin həbsi ciddi qanun pozuntusu olduğundan Əli Əliyevin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması vacibdir.