Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_b1b7b3b0727037718590e280279f1088, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Xalq şairi Musa Yaqub vəfat edib
Çağdaş Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biri Xalq şairi Musa Yaqub uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Onun bənzərsiz istedadı ilə qələmə aldığı misilsiz poeziya nümunələri böyük xalq sevgisi qazanıb. Musa Yaqubun ömrü millətə və bədii sözə təmənnasız xidmətin bir örnəyidir.
O, gözəl şair olmaqla bərabər Azərbaycan cəmiyyətində halal və haqlı mövqeyi olan azsaylı milli ziyalılardan biri olub, bir müddət Milli Məclisin deputatı kimi fəaliyyət göstərib.
Heç şübhəsiz ki, Musa Yaqubun adı Azərbaycanın işıqlı, nəhəng insanları ilə bir sırada çəkiləcək, zaman keçdikcə onun ölməz şeirləri xalqın yaddaşına daha çox həkk olunacaq.
Azərbaycan Yüksəliş Partiyası görkəmli söz ustadı Musa Yaqubun vəfatından kədərləndiyini bildirir, ruhu qarşısında böyük sayğıyla ehtiramını bildirir.