Bu gün Azərbaycan mediasında xüsusi çəkisi və yeri olan Xural TV-nin canlı yayıma başlamasının 2 ili tamam olur.
Canlı yayıma başlamasından keçən iki il ərzində Xural TV kifayət qədər tanınmağı, geniş izləyici auditoriyasına sahib olmağı bacarıb.
Bütün kəsimlərdən olan insanlara heç bir ayrı-seçkilik qoymadan söz haqqı verən TV qısa müddətdə çox izlənən kanallardan birinə çevrilib.
Azərbaycan Yüksəliş Partiyası canlı yayıma başlamasının ikinci ildönümü münasibətilə Xural TV-nin təsisçisi Əvəz Zeynallı və kanalın kollektivini təbrik edir, daha böyük uğurlar diləyir, davamlı olmasını arzulayır.