Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranmasından 23 il ötür.
Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulan XTQ-nin formalaşmasında əsasən, birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər, Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri iştirak ediblər.
Qurulduğu ilk gündən böyük şücaətləri ilə ad qazanan xüsusi təyinatlılar 44 günlük Vətən müharibəsi zamanı tarix yazıblar. Bu müharibədə qələbələrin çoxu XTQ-nin yerlərdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə olunub.
XTQ-nin komandanı, general-leytenant Hikmət Mirzəyev Vətən Müharibəsi Qəhrəmanıdır. O, 2016-cı ilin “Aprel döyüşləri” və 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin hərbi rəhbərlərindən biri olub.
Azərbaycan Yüksəliş Partiyası Xüsusi Təyinatlı Qüvvələrin yaranması münasibətilə xalqımızı, Azərbaycan Ordusunu, XTQ üzvlərini təbrik edir, Ordumuza daim qələbə arzulayır.