Warning: session_start(): open(/var/cpanel/php/sessions/alt-php73/sess_3aee94092f8a6d98d61b0037d82dd7e6, O_RDWR) failed: No such file or directory (2) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/alt-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Yüksəliş və Müsavat partiyalarının başqanları arasında görüş keçirilib
Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli bu gün Müsavat Partiyasının Başqanı Arif Hacılı ilə görüşüb.
Görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Baş Məclisin sədr müavini Rəqibə İsbiyeva, MNTK sədri Adil Dadaşzadə, Gənclər Təşkilatı rəhbəri Turac Hacızadə, üzvü Ruhəngiz Cəfər iştirak ediblər. Anar Əsədli heyət üzvlərini tanıtdıqdan sonra partiyanın quruluş məqsədi və yaxın gələcəyə aid planları haqqında məlumat verib. Azərbaycan siyasətinin gündəliyində olan məsələlərə fikir bildirən AY Partiya Başqanı partiyalar arasında əlaqələrin və əməkdaşlığın vacibliyinə diqqət çəkib. O bildirib ki, Azərbaycan siyasətçilərinin və partiyalarının arasında daimi fəaliyyət göstərən platforma qurulsa, bundan hamı faydalanar. İqtidar ilə müxalif arasında dialoqa önəm verməklə yanaşı, müxalifət daxilində də dialoqun yüksək səviyyədə olmasını arzuladığını əlavə edən Anar Əsədli partiyalar ilə görüşlərin keçirilməsinin bundan sonra daimi iş planının bir parçası olacağını vurğulayıb.
Müsavat Partiyasının Başqanı qeyd edib ki, milli demokratik dəyərlərə əhəmiyyət verən hər bir siyasi partiya ilə əlaqələrə müsbət baxırlar. Ölkədə həqiqi gücü olan partiya sayının əslində çox az olduğunu deyən Müsavat Başqanı yeni yaranan partiyaların gənclərlə iş və əməkdaşlıq məsələlərinə əhəmiyyət vermələrinin vacibliyini vurğulayıb. Arif Hacılı qeyd edib ki, siyasət şəxsi mənfəəti təmin etmək yox, milli mənafeyi qorumaq meydanıdır. Görüşdə gündəmdə olan məsələlərə dair fikir mübadiləsi aparılıb.