Zəfər Bayramımız qutlu olsun!
30 avqust Türkiyənin şanlı günlərindən biri - Zəfər Bayramı günüdür.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün Baş komandanlığı ilə başlayan müharibə 30 avqustda Dumlupınarda qələbə ilə nəticələndi.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı məhz bu şanlı qələbə ilə alındı. Ona görə də 30 avqust 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd olunan qələbə günü 1926-cı ildən rəsmi şəkildə Zəfər Bayramı elan edilib.
Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.
Azərbaycan Yüksəliş Partiyası bizim də şanlı Zəfərimizin arxasında dayanan doğma Türkiyəmizin Zəfər bayramını təbrik edir, Türk millətinə yaraşan daha böyük zəfərlər arzulayır.