Zəngilanın azad edilməsindən bir il ötür
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində bir sıra rayonlarımız kimi Zəngilan da 27 ildən sonra erməni işğalından azad olunub.
1993-cü il oktyabrın 29-da işğal olunan Zəngilan Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar nəticəsində ötən il oktyabrın 20-də azadlığına qovuşub.
Zəngilanın azad edilməsi ilə ölkəmizin Azərbaycan-İran dövlət sərhədinə nəzarəti bərpa olunub.
Azərbaycan Yüksəliş Partiyası bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, qazilərimizə can sağlığı diləyir, Ordumuza daim qələbə arzulayır və əminliyini bildirir ki, Azərbaycanın bütün torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil.
Yaşasın, Azərbaycan Ordusu!