Dekabrın 21- i böyük tarixçi-alim, akademik Ziya Musa oğlu Bünyadovun (1921-1997) və görkəmli ictimai-siyasi xadim, diplomat Vəfa Quluzadənin (1940-2015) doğum günüdür.
Ziya Bünyadov Azərbaycan elminin parlaq nümayəndələrindən, tariximiz haqqında fundamental əsərlərin müəllifi olub.
II Cahan Savaşında göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müqəddəs Quran kitabının tərcüməçilərindən biri olub. Uzun illər Şərqşünaslıq İnstitutuna rəhbərlik edib, Elmlər Akademiyasının vıtse-prezidenti vəzifəsində çalışıb, Milli Məclisin deputatı olub.
1997-ci ildə yaşadığı evin qarşısında güllələnib.
Vəfa Quluzadə isə BDU-onun şərqşünaslıq fakültəsində təhsil alıb, SSRİ-nin Misir və Əlcəzairdəki səfirliklərində çalışıb. 1990-cı il 20 Yanvar qırğınından sonra etiraz əlaməti olaraq Əlcəzair və Türkiyədən siyasi sığınacaq istəsə də, həmin ölkələr SSRİ-i ilə əlaqələrə xələl gətirməmək üçün onun müraciətini cavabsız qoyub.
Həmin il Bakıya dönən V.Quluzadə Azərbaycan Prezidentinin xarici məsələlər üzrə dövlət müşaviri təyin olunub.
Ömrünün son illərində geostrateji araşdırmalarla məşğul olub.
Azərbaycan Yüksəliş Partiyası hər iki ictimai-siyasi xadimi sayğıyla yad edir.