Azərbaycan Yüksəliş Partiyasının
Mərkəzi Nəzarət-təftiş Komissiyasının
ƏSASNAMƏSİ
1. Mərkəzi Nəzarət-təftiş Komissiyasının (MNTK) səlahiyyət müddəti 4 (dörd) ildir.
2. MNTK 7 (yeddi) üzvdən ibarətdir.
3. MNTK özünün ilk iclasında öz tərkibindən sədr, sədr müavini və katibini seçir.
4. MNTK-nın iclasları 3 ayda bir dəfədən az olmayaraq keçirilir.
5. Qapalı keçirilməyən MNTK iclaslarında hər bir partiya üzvü müşahidəçi kimi iştirak edə bilər.
6. İclasın tarixi, vaxtı və yeri haqqında məlumat MNTK üzvlərinə ən az üç gün əvvəldən MNTK sədri və ya katibi tərəfindən xəbər verilməlidir.
7. MNTK-nın növbədənkənar iclasları Partiya Başqanının və MNTK üzvlərinin azı üçdə birinin tələbi ilə keçirilir.
8. MNTK iclaslarını Komissiyanın sədri, sədr olmadıqda sədrin müavini və ya sədrin göstərişi ilə Təftiş komissiyasının üzvlərindən biri aparır.
9. MNTK üzvlərin ən az dörd üvü iştirak etdikdə komissiyasının iclası səlahiyyətli sayılır.
10. MNTK-snın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir.
11. MNTK iclaslarında qapalı səsvermə haqqında xüsusi qərar qəbul edilmədiyi halda bütün məsələlər üzrə səsvermə açıq keçirilir.
12. MNTK:
– öz Reqlamentini qəbul edir;
– Partiyanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;
– hər il Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;
– təftişin nəticələri barədə AY Partiya Başqanna məlumat verir, Baş Məclisə məruzə edir;
– Qurultay qarşısında öz işi barəsində hesabat verir.
13. MNTK ehtiyac olduğu anda öz fəaliyyətinə Baş Məclisin razılığı ilə mütəxəssisləri cəlb etmək hüququna malikdir.
14. MNTK üzvləri Partiyada digər heç bir vəzifəni tuta bilməzlər.
15. MNTK-ya daxil olan şikayətlərə, sorğulara və digər müraciətlərə ancaq yazılı formada olarsa baxılır və ancaq yazılı formada verilən cavablar hüquqi statusa sahibdir.
16. MNTK-nın gələn və çıxan sənədlər adında iki əsas qovluğu olur.
17. MNTK-dan çıxan bütün sənədlərin bir nüsxəsi MNTK arxivində saxlanılır. Arxiv AY Partiyanın mərkəzi mənzil-qərargahında saxlanılır.
18. MNTK-nın bütün iclasları mütləq protokollaşdırılır. Protokollara iclasın sədri və katibi imza atır.
19. MNTK bütün müraciətlərə, o cümlədən AY Partiya üzvlərinə tətbiq edilən intizam tədbirləri ilə əlaqədar şikayətlərə iki həftə müddətində baxıb müvafiq rəy vermək üçün qərar çıxarır.
20. MNTK Rayon (şəhər) təşkilatlarının NTK-nın işini istiqamətləndirir.