Warning: session_start(): open(/var/cpanel/php/sessions/ea-php73/sess_25fcc5059c6d9429a43e88fee0e74604, O_RDWR) failed: Disk quota exceeded (122) in /home/aypartiya/public_html/index.php on line 0
Warning: session_start(): Failed to read session data: files (path: /var/cpanel/php/sessions/ea-php73) in /home/aypartiya/public_html/index.php on line 0
Azərbaycan Yüksəliş Partiyasının ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunacaq sanksiyalar ilə əlaqədar QINAMA BƏYANATI
Azərbaycan Yüksəliş Partiyasının ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunacaq sanksiyalar ilə əlaqədar QINAMA BƏYANATI
Azərbaycan Yüksəliş Partiyasının ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunacaq sanksiyalar ilə əlaqədar QINAMA BƏYANATI Bakı, 15.12.2020
Son illərdə Türkiyənin müstəqil daxili və xarici siyasət yeritməsi bir çox ölkənin hegemonluq planlarını ciddi şəkildə pozmağa davam edir. Halbuki həmin ölkələr Türkiyə ilə müttəfiqliklərini gücləndirsə, əməkdaşlıqlarını artırsa, həm özləri, həm də regiondaki bütün xalqlar bundan çox şey uda bilər. Əfsuslar olsun ki, bunun əksinə olaraq, ABŞ kimi ölkələr Türkiyəyə münasibətdə sanksiyalar dilinə üstünlük verməyə davam edirlər. Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini aldığına görə ABŞ tərəfindən sanksiyalara məruz qalması Türkiyəni zəiflətməz, əksinə, ABŞ-ı regionumuzda gedərək uduzan tərəf halına gətirər. ABŞ-ın istər iqtisadi, istər siyasi, istər demokratiyanın qorunması cəhətdən bölgəmiz üçün nə qədər vacib ölkə olduğunu söyləməyə ehtiyac yoxdur. NATO-nun iki əsas ölkəsinin arasında belə gərginliyin yaranması heç bir şəkildə ABŞ-ın və Türkiyənin müttəfiqlərinin xeyrinə sayıla bilməz. Azərbaycan Yüksəliş Partiyası Türkiyəyə qarşı sanksiyaları qəbuledilməz sayır və tez bir zamanda Amerikanı bu siyasətdən əl çəkməyə çağırır. AY Partiyası ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları qınayır. Türkiyənin suveren haqqı olan sərbəst ticarət və əməkdaşlıq siyasətinə qarşı nəzərdə tutulan ABŞ-ın sanksiyalar siyasətinə etiraz edirik. Ümid edirik ki, bölgəmizdə sülhün və əməkdaşlığın əvəzedilməz ölkəsi olan Türkiyəyə qarşı ABŞ-ın bu siyasəti ən qısa zamanda dəyişəcək və normallaşacaq. İnanırıq ki, Türkiyə bu sanksiyalardan əsla zərər göməyəcək, özünün müstəqil siyasətini gücləndirəcək və Azərbaycan ilə birlikdə yeni beynəlxalq reallığın inşasına davam edəcək.