Azərbaycan Yüksəliş Partiyası 16 iyul 2020-ci ildə elan olunub.
Partiyanın Təsis Qurultayı 6 dekabr 2020-ci ildə keçirilib, 15 oktyabr 2021-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Anar Əsədli Təsis Qurultayında AY Partiyanın ilk Başqanı seçilib.
Qurultayda AY Partiyanın Baş Məclisi, Mərkəzi Nəzarət Təftiş Komitəsi formalaşıb.
Partiyanın strukturu Baş Məclis, Başqanlıq Heyəti, Siyasi Heyət, İcra Aparatı və Məsləhət Şurasından ibarətdir.