Azərbaycan Yüksəliş Partiyasının Təsis Qurultayı
Bakı şəhəri, 06.12.2020
104 Qurultay nümayəndəsindən iştirak edirdi: 91 nəfər
Gündəlik:
1. Təşkilati məsələ, Azərbaycan Yüksəliş Partiyasının təsis olunması;
2. Partiyanın Nizamnamə, Proqramının qəbulu;
3. Baş Məclisin və Mərkəzi Nəzarət Təftiş Komitəsinin əsasnaməsinin təsdiqi;
4. Sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcək şəxslərin müəyyənləşməsi;
5. Seçkili orqanların seçilməsi, Başqan və MNTK üzvlərinin seçilməsi;
6. Rəmzlərin, hüquqi ünvanın qəbulu.
Azərbaycan Yüksəliş Partiyasının Təşkilat Komitəsinin sədri Bəhrəm İsmayılov Azərbaycan Yüksəliş Partiyasının Təsis Qurultayını açıq elan etdi.
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan respublikasının himni səsləndi.
Gündəliyə uyğun olaraq Nizamnamə qəbul edildi.
Partiyanın Proqramı qəbul edildi.
Səs çoxluğu ilə Anar Əsədli Partiya başqanı seçildi.
Mərkəzi Nəzarət Təftiş Komitəsinin 7 nəfərlik üzvünün səs verməsi keçirildi, namizədlərinin üzvlüyü qəbul edildi.
MNTK və Baş Məclisin əsasnamələri qurultay tərəfindən təsdiq edildi.
Baş Məclis üzvlüyünə namizədlər səsə qoyuldu və 29 nəfər Baş Məclis üzvü seçildi.
Partiya başqanı Anar Əsədli qurultay nümayəndələrii qarşısında çıxış etdi.
Sonda Qurultay nümayəndəlıri Azərbaycan xalqına müraciət etdi.