İxtisasca Hüquqşünasdır
1997-cı ildən siyasi proseslərdə fəal iştirakı ilə fərqlənib, mətbuatda elmi-publisistik yazıları ilə ardıcıl çıxış edib.
1997-2000 ci ilə qədər AXCP Üzvü, AXCP Ali Məclis üzvü, eks prezident AXCP və BAB Sədri Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olub. 2003-cü ildə Böyük Quruluş Partiyasının qurucularından olub, partiyanın icra aparatına rəhbərlik edib. 2004 cü ildə partiya sıralarından istefa verib.
2005-ci ildən əksər Avropa ölkələrində - Türkiyədə, Fransada, Almaniyada, İngiltərədə eləcədə ABŞ və Kanadada təhsil almış 50-dən çox mütəxəssisin yaratdığı "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB) sədridir.
Bir neçə ölkədə - Türkiyədə, Fransada, Almaniyada , Rusiyada keçirilən beynəlxalq simpoziumlarda, o cümlədən, 2005-ci ilin sentyabrında Rusiyanın Soçi şəhərində keçirilən MDB ölkələrinin gənc siyasi liderlərinin zirvə toplantısında Azərbaycanı layiqincə təmsil edib.
2008 ci ildə “Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Anar Əsədlinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədrliyinə namizədliyi irəli sürülmüşdür.
Anar Əsədlinin ideya müəllifliyi və baş redaktorluğu ilə 2006 ci ilde ölkəmizin ilk iqtisadi jurnal olan “Yeni İqtisadiyyat” aylıq biznes iqtisadi jurnalı Azərbaycan və ingilis dilində fəaliyyətə başlamışdır.
2008-ci ildən isə jurnal eyni adda iqtisadi xəbər agentliyi kimi fəaliyət göstərmişdir.
2014-cü ildə isə ölkənin xəbər məkanında öz orijinallığı ilə seçilən xeber365.com saytını təsis etmişdir.
Anar Əsədlinin rəhbərlik etdiyi QASİM İctimai Birliyi ölkə xaricində də geniş miqyasliı tədbirlər həyata kecirmişdir. Bu sıraya öz siyasi əhəmiyətinə gorə çox böyük səs salmış 2016-cı il 23 fevral tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı faciəsinə həsr olunmuş «Uluslararası Hocalı soykırımı paneli: İnsanlıga qarşi cinayet» və yenə Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində 30 dekabr 2014-cü ildə keçirilən Dünya Azərbaycanlıları həmrəyliyi günü tədbirləri aiddir.
2020-ci ilin 9 fevral parlament seçkilərinə qatılmış və böyük səs çoxluğu və seçicilərin rəğbətini qazanmış və bu seçkilərin ən uğurlu namizədlərindən biri olmuşdur.
2020-ci ilin 16 iyulunda məsələkdaşları ilə birgə Azərbaycan YÜKSƏLİŞ partiyasını təsis etmişdir.
Ailəlidir.